«Özbəklər belaruslara çox oxşayırlar…» – LUKAŞENKO

26-04-2019, 07:28           
«Özbəklər belaruslara çox oxşayırlar…» – LUKAŞENKO
Aprelin 25-lə Belarus prezidenti Aleksandr Lukaşenko özbəkistanlı həmkarı Şavkat Mirziyeyevlə görüşü zamanı bəyan edib ki, Belarus Öbəkistanla texnologiyalarını bölüşməkdə və orada uğurlu müəssisələr yaratmaqda maraqlıdır. Bu barədə «BelTA» agentliyi xəbər verib.

«Bizə təkcə böyük imperiyalar kömək etməməlidirlər. Orta və kiçik dövlətlərin də çoxsaylı texnologiyaları var. Bizdə texnologiyalar var ki, Özbəkistana, belaruslara çox oxşayan özbək xalqına lazımdır. Şəxsən məndə bu texnologiyaları Özbəkistana ötürmək və orada müasir müəssisələr yaratmaq həvəsi var. Bu, digərləri üçün nümunə olardı» – deyə, Lukaşenko bildirib.

Bununla yanaşı, Belarus lideri xatırlaıb ki, bu planlar əməkdaşlığın inkişafı üzrə əvvəlcədən hazırlanmış yol xəritəsində əksini tapıb. «Biz, sizinlə nəzərdə tutulmuş planları dəqiq yerinə yetiririk. Biz, nə vaxtsa razılaşdıq ki, yol xəritəsini – bizim fəaliyyət planımızı işləyib hazırlayaq. Biz, bunu etdik – orada 155 tədbir var. Mən deməzdim ki, biz hardasa geri qalırıq. Bizim kriteriyamız əmtəə dövriyyəsidir. O, bizdə il ərzində 20 faiz artır» – Lukaşenko bildirib və əlavə edib ki, tərəflər ticarət sahəsində bundan xeyli böyük nəticələr əldə edə bilərlər.

«Yol xəritəsini icra edərkən biz, əmtəə dövriyyəsini artıracağıq. Mən, öz vədlərimi xatırlayıram. Mənim Özbəkistana lazım olan istehsala böyük marağım var» – Belarus lideri qeyd edib.

Şövkət Mirziyeyev də öz növbəsində diqqəti buna yönəldib ki, yol xəritəsində nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsi onun şəxsi nəzarətindədir. «Biz, razılaşdıq ki, Sizin güclü texnologiyalarınızı Özbəkistana gətirək və bütün sferalarda yenicə əməkdaşlığa başladıq, amma nəticə artıq göz qabağındadır» – deyə, özbək lider qeyd edib.

Xatırladaq ki, Lukaşenko Çində rəsmi səfərdədir və orada ikitərəfli görüşlər keçirir.

AzPolitika.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru