Makron bəzi ölkələrin Şengen zonasından çıxarılmasını təklif edib

26-04-2019, 07:58           
Makron bəzi ölkələrin Şengen zonasından çıxarılmasını təklif edib
Fransa prezidenti Emmanuel Makron Şengen zonası təşkilatının dəyişdirilməsinə zərurət yarandınığı deyib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, o, bir neçə ölkənin Şengen zonasından çıxarılmasını istəyib.

"İlk olaraq Avropa səviyyəsi barəsində danışım. Biz ümumi sərhədlər yaratmaq, məşhur Şengen müqaviləsini imzalamaq qərarına gəldik…hansı ki, daha işləmir", - deyə o əlavə edib.

Prezidentin sözlərinə görə, inkişaf və miqrasiya siyasətini tamamilə yenidən qurmağa zərurət var.

Makron əlavə edib ki, dəyişikliklərdən sonra ümumi sərhədləri təmin etməyənlər hesabına Şengen zonasında daha az ölkə qala bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru