Gürcülər David-Qareciyə gələ bilər: sərhəd açıldı - Video

28-04-2019, 09:23           
Gürcülər David-Qareciyə gələ bilər: sərhəd açıldı - Video
Azərbaycan sərhədçiləri orta əsrlərə aid David-Qareci mağara kompleksindəki Udabno monastırına gedən yolu açıblar.

Bunu monastırın arximandriti Kiriona (Oniani) deyib.

Bu gün səhər saatlarından etibarən zəvvarlar və din xadimləri sərbəst hərəkət edə bilirlər.

David-Qareci ərazisində hərəkətə qoyulmuş məhdudiyyət dörd gün davam edib.

Daha öncə Gürcüstan tərəfi bildirmişdi ki, Azərbaycan sərhədçiləri Keşikçidağ (David-Qareci) kompleksinə gedən yolu bağlayıblar.

Bu məlumatı şərh edərkən, Azərbaycan XİN-in mətbuat katibi Leyla Abdullayeva bildirmişdi ki, Azərbaycan daim Gürcüstanla sərhədin tezliklə delimitasiyasının tərəfdarı olub.

“Azərbaycanla Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası beynəlxalq təcrübədə tətbiq edilən qaydalara uyğun olaraq, qarşılıqlı əlaqələndirmə prosedurları əsasında mövcud ikitərəfli formatlar çərçivəsində həll olunur. Azərbaycan həmişə Azərbaycan-Gürcüstan sərhədinin tezliklə delimitasiya olunmasının tərəfdarı olub. Azərbaycan bu prosesi ən qısa müddət ərzində başa çatdırmağa hazırdır”, - L.Abdullayeva deyib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru