“Borçalı” bu iki gürcüdən üzr tələb etdi - Çağırış

28-04-2019, 09:25           
“Borçalı” bu iki gürcüdən üzr tələb etdi - Çağırış
Gürcüstanın Leyboristlər Partiyasının sədri Şalva Natelaşvili və sabiq müdafiə naziri İrakli Okruaşvilinin aqressiv formada etnik kimliyimizə və tariximizə həqarət dolu bəyanatı qəbuledilməzdir və son zamanlar Gürcüstanda müəyyən dairələr tərəfindən Azərbaycana qarşı vüsət alan təxribatın tərkib hissəsinə bənzəyir.

Axar.az xəbər verir ki, bu sözlər Borçalı Cəmiyyətinin yaydığı bəyanatda əksini tapıb. Qurum son günlər gürcüstanda bəzi millətçi çıxışları kəskin pisləyib:

"Borçalı Cəmiyyəti" hesab edir ki, Azərbaycan-Gürcüstan münasibətlərinə xələl gətirən hər hansı addımın atılmasına yol verən, kimliyindən asılı olmayaraq, iki xalqın taleyi və bütövlükdə region qarşısında məsuliyyət hissini itirmiş təxribatçı hesab olunmalıdır. Biz bu hadisəni pisləməklə, Şalva Natelaşvilinin və İrakli Okruaşvilinin üzr istəməsini tələb edir və Azərbaycanın Xarici İşlər Nazirliyinin David Qareci (Keşikçidağ) məbədi ilə bağlı danışıqların yekununa dair rəsmi açıqlama verməsini və Gürcüstanla diplomatik məsləhətləşmələrə təşəbbüs göstərməsini doğru hesab edirik”.

Borçalı Cəmiyyəti eyni zamanda soydaşlarımızı yaranmış vəziyyəti düzgün dəyərləndirərək, dözümlü olmağa və sosial şəbəkələrdə iki xalq arasında etimadı zədələyəcək açıqlamalara yol verməməyə çağırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru