Yaponiyadan İrana zərbə - Tramp və Abe arasında vacib müzakirə

28-04-2019, 09:29           
Yaponiyadan İrana zərbə - Tramp və Abe arasında vacib müzakirə
ABŞ prezidenti Donald Trampın Yaponiyanın baş naziri Sinzo Abe ilə görüşünün gedişində İrandan neft idxalının tam dayandırılması ilə bağlı tədbirlər müzakirə edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Reuters agentliyi ABŞ-ın Yaponiyadakı səfiri Uilyam Hagertiyə istinadla məlumat yayıb. Səfir bildirib ki, liderlər görüş zamanı KXDR ətrafında vəziyyəti və sanksiya təzyiqinin saxlanmasını da müzakirə ediblər. Onlar, həmçinin ikitərəfli iqtisadi əməkdaşlıq, o cümlədən yapon avtomobillərinin ABŞ-da istehsalı məsələlərinə toxunublar.

Yaponiyanın baş naziri Sinzo Abe ABŞ-da ikigünlük səfərdədir. O, cümə günü Ağ evdə prezident Donald Trampla təkbətək danışıqlar aparıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru