Zelenskidən Putinə şoumen cavabı: Siyahı verə bilərəm!

28-04-2019, 10:42           
Zelenskidən Putinə şoumen cavabı: Siyahı verə bilərəm!
Ukraynada keçirilən prezident seçkilərinin qalibi Vladimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin ukraynalılara sadələşdirilmiş qaydada pasportların verilməsi ilə bağlı fikirlərinə münasibət bildirib.

Axar.az xəbər verir ki, bu barədə Ukraynanın yeni lideri Feysbuk hesabında yazıb.

“Mən Rusiya hökumətinə Ukrayna vətəndaşlarını pasportla cəlb etməklə boş yerə vaxt itirməsini məsləhət görməzdim. Ukraynada yalnız cinayət işindən gizlənməyə çalışanlar Rusiya pasportu ilə cəlb edilə bilər. Yaxın vaxtlarda bəzi ukraynalılara burada yaşamaq çox narahat olacaq. Onların siyahısını Putinə verə bilərəm”, - Zelenski bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru