“Qarabağ probleminin həllinin açarı Moskva ilə Vaşinqtonda deyil” - Köçəryan belə deyir

18-11-2015, 20:43           
“Qarabağ probleminin həllinin açarı Moskva ilə Vaşinqtonda deyil” - Köçəryan belə deyir
Ermənistanın ikinci prezidenti Robert Köçəryan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının kimdən asılı olduğunu açıqlayıb. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, DW-yə müsahibəsində sabiq prezident deyib ki, bu problemin sülh yolu ilə həllinin açarı nə Moskvanın, nə də Vaşinqtonun əlindədir: “Bunun açarı Xankəndidə, Yerevanda və Bakıdadır”.

Ermənistan və Azərbaycan prezidentlərinin sülh yolu ilə nizamlanmadkı rolundan danışan Köçəryan deyib: “Siz elə sülh yolu ilə nizamlanmış elə bir münaqişə nümunə göstərə bilərsinizmi ki, birinci şəxslər görüşməsinlər? Düşünürəm ki, heç bir uğurlu nümunə yoxdur. Bəzən hansısa ölkənin egidası altında gizli danışıqlar, hansısa formada vasitəçilərlə birgə aparılan açıq danışıqlar – bu, qaçılmaz prosesdir. Əgər o indi nəticə vermirsə, bu o demək deyil ki, olmamalıdır, bunun mənası yoxdur”.

Sabiq prezident eyni zamanda Ermənistan və Azərbaycan prezidentlərinin görüşlərinin təmas xəttində gərginliyin azalmasına xidmət etməməsinə görə də təəssüflənib.

Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədrləri olan vasitəçilər münaqişə tərəfləri arasında ünsiyyət üçün hansısa platforma yaradır, hansısa təkliflər hazırlayır, onların fikrincə, qarşılıqlı qəbul edilməlidir: “Təmas xəttində daimi monitorinq aparılmır və vasitəçilər öz qiymətləndirmələrində çox ehtiyatlıdırlar. Onlar qiymət verici mövqeyində dayanıb kimin günahkar olduğunu, kimin birinci atəş açdığını, kimin cavab verdiyi haqda qərar qəbul etmək istəmirlər. Əks halda onlar münaqişə tərəfləri arasında qurulan əlaqələrin itirilməsinə risk etmiş olarlar”.

Eks-prezident arxasında Avropa İttifaqının dayandığı ABŞ, Rusiya və Fransa formatında vasitəçilik məsələsinə də toxunub: “Daha sanballı vasitəçilik formatı düşünmək olardımı? Yəqin ki, yox”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.