“Bizim sahədə öyrənməli olduğumuz heç bir sovet elmi nailiyyəti yox idi” – AZİZ SANCARDAN ÖNƏMLİ MESAJ

Dünən, 16:24           
“Bizim sahədə öyrənməli olduğumuz heç bir sovet elmi nailiyyəti yox idi” –
Xəbər verildiyi kimi, mayın 7-də İstanbulda Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfi tərəfindən təşkil olunan 28-ci Avrasiya İqtisadi Zirvəsi işə başlayıb.

Bu il “Yaşanabilən bir dünya üçün dialoq” mövzusunda təşkil edilən tədbirdə 50-yə yaxın ölkədən 300-dən çox siyasətçi, diplomat, akademik, dini lider və iş adamı iştirak edir. İki günlük tədbirdə qlobal iqtisadiyyat, iqlim böhranı, miqrasiya, ticarət müharibələri və regional sabitlik kimi mövzularda fürsət və təhdidlər bütün aspektləri ilə müzakirə olunur.

Forumun birinci günündə nobelçi Aziz Sancar Türk Dünyasına önəmli mesaj verib. O, çıxışında bunları deyib: "Sizə tarix dərsi vermək fikrim yoxdur. Ancaq bəzi tarixi həqiqətləri xatırlatmaq istəyirəm.

XVIII əsrdən II Dünya müharibəsinə qədər İngiltərə dünyanın lideri oldu. II Dünya müharibəsindən sonra liderliyi ABŞ və SSRİ aldı, "soyuq savaş"a girdilər. ABŞ pulunu silaha və fundamental elmlərə yatırdı, SSRI isə əsasən silaha yatırdı. Şəxsən mən öz təcrübəmdən deyim ki, bizim sahədə öyrənməli olduğumuz heç bir sovet elmi nailiyyəti yox idi.

Beləliklə, SSRI "soyuq müharibə"ni uduzdu. ABŞ 20 ildən çoxdur ki, SSRİ-nin etdiyi səhvi təkrarlayır. Pulu daha çox silaha yatırır. Artıq Çin fundamental elmlərdə ABŞ-ni ötüb keçib. Dünya liderliyi uğrunda savaşda yeni bir mərhələni yaşayırıq. Bu prosesdən Türk Dünyası olaraq dərs çıxarmalıyıq. Elmə, xüsusilə də fundamental elmə önəm verməliyik. Bir olmalıyıq, güclü olmalıyıq. Güclü olanlar sizin barış, insanlıq, insan hüquqları, universal dəyərlər haqqındakı nitqlərinizi dinləməzlər."












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.