Ən sirli cinayətlərdən birinin üstü açılır: Kennedinin qardaşının qətlinə dair sənədlər dərc edildi

Bu gün, 16:29           
Ən sirli cinayətlərdən birinin üstü açılır: Kennedinin qardaşının qətlinə dair sənədlər dərc edildi
ABŞ XX əsrin ən səs-küylü və müəmmalı işlərindən biri - ABŞ-nin 35-ci prezidenti Con Kennedinin kiçik qardaşı, senator Robert Kennedinin qətli ilə bağlı maksimum şəffaflığa doğru mühüm addım atıb.

Bu barədə Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir.

Məlumata görə, ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard bu sarsıdıcı cinayətlə bağlı istintaqın gedişatına aydınlıq gətirən, lakin əvvəllər geniş ictimaiyyətə açıqlanmayan 60 mindən çox sənədin məxfilikdən çıxarıldığını və dərc edildiyini açıqlayıb.

Parlaq siyasətçi və prezidentliyə potensial namizəd Robert Kennedi Kaliforniyadakı ilkin praymerizlərdə qalib gəldikdən dərhal sonra, 1968-ci il iyunun 6-da Los-Ancelesdəki "Ambassador" hotelində güllələnib. Serxan Serxan adlı şəxs rəsmi olaraq qatil kimi tanınıb, lakin bir çox ekspertlər və ictimai xadimlər sübutlardakı uyğunsuzluqlara və sui-qəsdlə bağlı mümkün əlbir olma hallarına işarə edərək, bu versiyaya şübhə ilə yanaşmışdılar.

ABŞ Milli Arxivinin saytında yerləşdirilən məxfilikdən çıxarılmış sənədlərə Federal Təhqiqat Bürosunun istintaqın gedişatı ilə bağlı daxili qeydləri, Büronun müxtəlif bölmələri tərəfindən qətlin alternativ versiyalarının müzakirəsi, eləcə də əvvəllər məxfiləşdirilmiş digər materiallar daxildir. Tarixçilər və tədqiqatçılar ümid edirlər ki, bu məlumatların dərc edilməsi bir çox mübahisəli məqamlara aydınlıq gətirəcək və ola bilsin, yarım əsrdən çox müddət əvvəl ABŞ-ni silkələyən faciənin həllinə yaxınlaşmaq imkanı qazandırsın.

Xatırladaq ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi aprel ayında Prezident Donald Trampın göstərişlərini yerinə yetirərək, tanınmış amerikalıların qətlləri ilə bağlı hökumət qeydlərini açmağa başlayıb, ilk olaraq senator Robert F.Kennedinin qətli ilə bağlı faylların keşi dərc edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.