Əməkdar artist: "Toyda oxumadım, amma pulumu verdilər"

9-05-2025, 15:24           
Əməkdar artist: "Toyda oxumadım, amma pulumu verdilər"
Əməkdar artist Babək Niftəliyev dəvət aldığı toyda gəlinin onun oxumasını istəməməsi ilə bağlı yayılan məlumata aydınlıq gətirib.

TEREF xəbər verir ki, Babək Niftəliyev Qaynarinfo-ya açıqlamasında həmin toyda oxuması üçün ona növbə çatmadığını bildirib..

"Hadisə başqa cür olub. Bir toya dəvət almışdım, çoxlu müğənni var idi. Vaxt baxımından oxumaq üçün mənə növbə çatmadı. Oxumadım, amma bununla belə qonararımı verdilər", deyə Əməkdar artist bildirib.

Qeyd edək ki, yayılan məlumata görə, Əməkdar artist Babək Niftəliyevin dəvət aldığı toylardan birində gəlin onun oxumasını istəməyib. Sonda danışılan qonarar müğənniyə ödənilib və o, şadlıq evini tərk edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru