"Ədalətsiz seçkilər oldu" - Yadigar Sadıqlı

14-10-2019, 00:00           
"Ədalətsiz seçkilər oldu" - Yadigar Sadıqlı
"Düzdür, ədalətsiz seçkilər oldu, amma saxtakarlıqla bağlı bir şey deyə bilmərəm".

Teref.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Müsavat Partiyasının qurultayında səsvermənin yekunlarına münasibət bildirən başqanlığa namizəd Yadigar Sadıqlı söyləyib.

Y. Sadıqlı deyib ki, Müsavat Partiyasına yeni istiqamət, yeni vizyon, yenilənmə təklif edib: “Qəbul etmədilər. Dəyişmək istəmədilər, tənəzzülü seçdilər. Müsavata keçmiş olsun"

Digər namizəd Tofiq Yaqublu isə Arif Hacılını qələbə münasibəti ilə təbrik edib.

Qeyd edək ki, bu gün Müsavat Partiyasının IX qurultayında Arif Hacılı yenidən Müsavat Partiyasının başqanı seçilib. Arif Hacılı 262, Tofiq Yaqublu 51, Yadigar Sadıqlı isə 20 səs toplayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru