Lavrovun Qarabağ mövqeyi: nələr dedi?

10-11-2019, 10:40           
Lavrovun Qarabağ mövqeyi: nələr dedi?
Rusiya rəsmiləri ara-sıra Paşinyandan narazılıqlarını ifadə edə bilərlər, ancaq konseptual məsələlərdə Ermənistanın hazırki baş nazirindən narazı deyillər.

Axar.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Ermənistana səfəri öncəsi, noyabrın 9-da bu ölkənin “Mediamaks” agentliyinə müsahibəsində səsləndirdiyi fikirləri şərh edərkən qeyd edib.

Politoloq Lavrovun cavablarından iki əsas fikri xüsusi fərqləndirib: “Nikol Paşinyan Rusiya ilə strateji müttəfiqliyi dərinləşdirmək siyasətinə sadiqdır”, “İrəvanın xarici siyasəti Moskvanı qane edir”.

E.Şahinoğlunun fikrincə, Lavrovun Dağlıq Qarabağ münaqişəsiylə bağlı bu müsahibədə söylədiyi bir başqa fikir də Ermənistanın maraqları ilə tam üst-üstə düşür:

“Lavrov bildirdi ki, Dağlıq Qarabağın statusu hüquqi nöqteyi-nəzərdən öz müqəddəratının təyini yolu ilə həll edilməlidir. Onun bu fikri o deməkdir ki, Azərbaycan bölgənin statusunu müəyyənləşdirəcək referendumun keçirilməsi ilə razılaşmalıdır. Biz həmin “refendum”un nə ilə nəticələnəcəyini yəqin bilirik. Lavrovun “məsləhəti”nin də elə həmin “nəticəyə” xidmət etdiyi bəllidir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru