Angela Merkel: “Haftarın Liviyada atəşkəsə razılaşması yaxşı xəbərdir”

17-01-2020, 04:46           
Angela Merkel: “Haftarın Liviyada atəşkəsə razılaşması yaxşı xəbərdir”
Almaniya kansleri Angela Merkel Liviya Milli Ordusunun komandanı general Xəlifə Haftarın Liviyada atəşkəsə razılaşmasını “yaxşı xəbər” adlandırıb.

APA-nın Türkiyə mediasına istinadla verdiyi xəbərə görə, bu gün Xorvatiyanın Baş Naziri ilə birgə keçirdiyi mətbuat konfransında Merkel bu mövzuya toxunaraq deyib ki, Berlində keçiriləcək Liviya sammitində hər şeydən öncə yenidən silah embarqosu qoyulmasını arzulayır.

Qeyd edək ki, Almaniya Xarici İşlər naziri Heiko Maas bu gün Liviyanın Benqazi şəhərində Xəlifə Haftarla görüşdüyünü bəyan edib. Üç saatadək davam edən danışıqlarda Haftar Türkiyə və Rusiya dövlətlərinin iştirakı ilə hazırlanan Liviyada atəşkəsə dair müqaviləni imzalamaqdan imtina etsə də, mövcud atəşkəsin davam etməsinə razılığını şifahi bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru