Avropanın Rusiya və Türkiyə qısqanclığı - Sərrac

17-01-2020, 08:39           
Avropanın Rusiya və Türkiyə qısqanclığı - Sərrac
Rusiya və Türkiyə Liviyada mövcud böhranlı vəziyyətin həlli üçün müsbət rol oynayır.

Axar.az xəbər verir ki, bu sözləri Liviya Milli Razılıq Hökumətinin rəhbəri Fayez Sərrac deyib.

O bildirib ki, məhz Moskva və Ankaranın sözügedən ölkə ilə bağlı fəaliyyəti Avropada narahatlıq yaradır:

“Liviyada 9 ay boyunca baş verən hadisələr fonunda Avropa heç nə etmədi”.

Xatırladaq ki, yanvarın 13-də Moskvada Liviya Milli Razılıq Hökumətinin rəhbəri Fayez Sərrac və Liviya Milli Ordusunun komandanı Xəlifə Haftar arasında Rusiya və Türkiyənin iştirakı ilə görüş baş tutmuşdu.

Lakin Haftarın gözlənilmədən Moskvanı tərk etməsi görüşün nəticəsiz qalması və atəşkəs müqaviləsinin imzalanmaması ilə nəticələnmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru