Paşinyan separatçı “komandiri” və generalı istefaya göndərir

19-02-2020, 10:38           
Paşinyan separatçı “komandiri” və generalı istefaya göndərir
Ermənistanın baş naziri Nikol Paşinyan orduda artan ölümlərlə əlaqədar keçirdiyi müşavirədə bir sıra vəzifəli şəxslərin işdən çıxarılması barədə qərar verib.
Azvision.az xəbər verir ki, bu barədə "Hraparak" qəzeti yazıb.

Nəşrin məlumatına görə, Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki qondarma hərbi birləşmənin "komandiri" Karen Abrahamyanın istefası qərara alınıb.

"Dünən Karen Abrahamyan istefa ərizəsini təqdim edib, ancaq "texniki" səbəblərə görə elan edilməyib. Onu əvəz edəcək şəxsin adı məlumdur. Bu, qərargah rəisi Cəlal Harutyunyandır. Ermənistan silahlı qüvvələri rəisinin müavini Tiran Xaçatryanın adı da müzakirə edilib, lakin Cəlal Harutyunyanın namizədliyi daha real olub. Ermənistan silahlı qüvvələrinin şəxsi heyətlə iş idarəsinin rəisi, general-mayor Alik Aleksanyanın istefası gözlənilir. Həmçinin, Hərbi Polis İdarəsinin rəisi Artur Bağdasaryan da istefa verəcək",- deyə qeyd olunub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.