Rusiya Sarqsyanın qardaşını həbs olunması üçün Ermənistana ekstradisiya edir

8-04-2020, 06:57           
Rusiya Sarqsyanın qardaşını həbs olunması üçün Ermənistana ekstradisiya edir
Rusiya Baş Prokurorluğu Ermənistan parlamentinin sabiq deputatı Levon Sarqsyanın ekstradisiyası ilə bağlı bu ölkənin baş prokurorluğunun sorğusunu təmin edib.

“Report” xəbər verir ki, bu barədə Rusiya Baş Prokurorluğunun mətbuat xidmətinə istinadən RİA “Novosti” məlumat yayıb.

Rusiya Baş Prokurorluğunda bildirilib ki, müxtəlif cinayətlərdə ittiham olunan Sarqsyanın cinayət məsuliyyətinə cəlb edilməsi üçün erməni tərəfinin sorğusunun təmin olunması barədə qərar qəbul edilib.

Sarqsyan 2019-cu ilin noyabrında Zelenoqradda saxlanılıb. O, 2018-ci ilin oktyabrından Ermənistanın hüquq-mühafizə orqanları tərəfindən cinayətkar qruplaşmada iştirakda, həmçinin qanunsuz birləşmə tərəfindən külli miqdarda əmlakın qarət edilməsi məqsədilə təşkil olunmuş soyğunçuluqda şübhəli bilinərək axtarışa verilmişdi.

Sarqsyan bir neçə çağırış Ermənistan parlamentinin deputatı, iqtidarda olmuş Respublika Partiyasının üzvü olub. O, eləcə də ölkənin keçmiş prezidenti Serj Sarqsyanın qardaşıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru