Gürcüstan Saakaşvilinin vəzifəyə gətirilməməsinə görə Ukraynaya təşəkkür etdi

7-05-2020, 11:31           
Gürcüstan Saakaşvilinin vəzifəyə gətirilməməsinə görə Ukraynaya təşəkkür etdi
Gürcüstan Parlamentinin vitse-spikeri Mamuka Mdinaradze Ukrayna millət vəkillərinə sabiq prezident Mixail Saakaşvilinin Ukrayna Baş Nazirinin birinci müavini vəzifəsinə namizədliyinə baxılmamasına görə təşəkkür edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “TASS” agentliyi məlumat yayıb.
Məlumata görə, vise-spiker buninla bağlı ötən gün keçirilən brifinq zamanı danışıb:
“Mən Ali Radaya və həmkarlarımıza ehtiyatlılıq göstərdiklərinə və mövqeyimizi bölüşdüklərinə görə təşəkkür edirəm. Fakt budur ki, Ali Radada Saakaşvilinin sözügedən vəzifəyə namizədliyinin irəli sürülməsi baş tutmadı”.
Onun sözlərinə görə, Saakaşvilinin namizədliyinin təsdiqlənməməsinin əsas səbəblərindən biri də Gürcüstan tərəfinin Ukrayna hakimiyyətinə mürəciəti olub.
Qeyd edək ki, aprelin 22-dəUkrayna prezidenti Vladimir Zelenski Saakaşviliyə Baş Nazirin islahatlar üzrə birinci müavini vəzifəsini təklif etmişdi. Gürcüstan sabiq Prezidentin Ukrayna hökumətində vəzifəyə keçəcəyi təqdirdə Kiyevdəki səfirini geri çağıracağını bildirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru