Cahandar BAYOĞLU: Çin Təhdidində olan Dövlətlərin Birliyi(ÇTDB) qurulmalı, ortaq İqtisadi məkan yaradılmalıdır.
9-06-2020, 16:11

Çin komunist dövləti millətləri əsarətdə saxlayan, genosid siyasəti yürüdən, 100 milyonlarla buddaçı çin olmayan millətləri assimilyasiyaya uğradan qapalı şovenist bir rejim olmaqla, son 20 ildə iqtisadiyyatı inkişaf edərək süpergüç dövlət kimi ciddi təhlükə mənbəyinə çevrilməkdədir. Bir çox Yapon mənbələrinə görə Çin əhalisinin yarısı çin millətindən deyil. Mənbənin bilgilərinə görə Çinin, Çar Rusiyasının quruluş dönəmindən bu yana içərisinə aldığı millətlərin böyük eksəriyətinin Türk olduğu qeyd olunur.
Nüfuzu 1.5 milyarda yaxın dövlətin 600 milyonu Çin millətindən olan bu dövlət iç millətlər üçün təhlükəli olduğu qədərdə, güçləndikçə qonşu və dünya dövlətləri üçün də təhlükəyə çevrilir.
Nəzərə alsaq ki, Çin dövləti mərkəzi Amerikada olan kürəsəlci güclərlə də iş birliyindədi, onda bu təhlükənin daha ciddi olmasından xəbər verir. Çinin Vuhan şəhərindən yayılan virusun təhlükəsi hər kəsin həyatını etkiləməkdə, dünya dövlətlərinin ekonomisinin çökməsinə səbəb olmaqdadır. Tək qazanclı ölkə Çin görünməkdədir. Bu virus həm də bakterialoji silah kimi də dəğərləndirilməkdədir. Çinin bu qədər güc qazanmağında, dünya finans qaynaqlarının patronları olan kürəsəlci güclər əsas rol oynayır. Bəzi analitiklər kürəsəlcilərin ABD-də olan siyasi hakimiyyətlərinin təhlükəyə düşməsindən və Çinlə yeni ittifaq quraraq dünya ekonomisinə ağalıqlarını qorumaq və daha güçlənmək niyyətidir.
Çinin içində olan millətlərə olan anti insani davranışları və dünyada artan nüfuzu insanlığı, bəşəriyyəti narahat etmiyə bilməz.
Artıq Çin qonşu Qazaxıstan, Qırğızıstan, Özbekistan, Koreya, Ruisya, Yaponiya kimi dövlətlərə ərazi iddiasını gizlətmir və bir çox yerlərdə ekonomi hesabına torpaqları ələ keçirir. Xatırlasaq ki, bütün sınır dövlətləri Türk dövlətidir və Rusiyadan istədiyi torpaqlar da Türk torpağıdır, onda anlaşılır ki Çin daha çox Qonşu Türk dövlətləri üçün təhlükə mənbəyinə çevrilir. Azərbaycan, Türkiyə sınır dövləti kimi görünməsə də həmən dövlətlər işğala məruz qalarsa biz də sınır dövləti olacağıq. Türk dövlətlərinə, dünya Türklüyünə, insanlığa, bəşəriyyətə təhlükə olan Çinə dur deməyin zamanıdı.
Bunun üçün Çin təhlükəsində olan dövlətlərin birliyi qurulmalı, ortaq İqtisadi məkan yaradılmalıdır. İlk olaraq bu birlikdə Yaponiya, Birləşik Koreya, Qazakıstan, Monqoliya, Qırğızıstan, Tacikistan,Əfqanıstan, Türkmənistan, Pakistan, Azərbaycan, Gürcüstan və Türkiyə qoşulmalıdır. Çin təhdidi altında olan bu dövlətlərin ərazisində istehsal sahələri qurulmalı dünyanın Çinə olan ehtiyacının qarşısı alınmalıdır. Belə olarsa Çin təhlükəsinə qarşı olan dünya dövlətləri bu iqtisadi birliyin yanında olacaq və iqtisadi inkişafına yardım edəcək. Məncə başda Yaponiya, Koreya, Türkiyə kimi inkişaf etmiş dünya dövlətlərinin birlikdə olmağı, bu birliyin qısa zamanda gücə çevrilməsinə səbəb olacaq. Bu birliklə qonşu Rusiya, Hindistan kimi dövlətlərin əməkdaşlığı yüngülləşdirilməlidir.
Çin Təhdidində Olan Dövlətlərin Birliyi(ÇTDB) güçləndikcə Doğu Türküstanın azadlığı gerçəkləşər və Çin zülmündə yaşayan buddaçı Türklər və başqaları da milli haklarına sahiblənmiş olar.
Cahandar BAYOĞLU
Turan Partiyası GK Başqanı