XİN əməliyyatı AZAL-a qədər uzana bilər – Faiq Bağırovun saxlanılması bu ehtimalı qüvvətləndirir

10-07-2020, 17:53           
XİN əməliyyatı AZAL-a qədər uzana bilər – Faiq Bağırovun saxlanılması bu ehtimalı qüvvətləndirir
Bu gün DTX tərəfindən saxlanılan Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Faiq Bağırovun maraqlı əlaqələri ortaya çıxıb.

Ovqat.com xəbər verir ki, sosial şəbəkələrdə Faiq Bağırovun AZAL prezidenti Cahangir Əsgərovun adamı, hətta yaxın qohumu olduğu xəbəri yayılıb.

İddialara görə, AZAL rəhbəri ona “bacı oğlu”, o isə himayədarına “dayı” deyirmiş.

Viza xidmətlərinin AZAL-la birbaşa əlaqələrinin olduğunu və Cahangir Əsgərovun yarıtmaz fəaliyyətinin son vaxtlar media qurumlarında geniş müzakirəyə çıxarıldığını nəzərə alsaq, bugünkü həbsin təsadüfi olmadığı qənaəti meydana çıxır. Ehtimal olunur ki, XİN-də başlayan əməliyyat AZAL-a qədər uzana bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru