Parisdən Ermənistanın son təxribatı ilə bağlı - Bəyanat

15-07-2020, 08:40           
Parisdən Ermənistanın son təxribatı ilə bağlı - Bəyanat
Parisdə fəaliyyət göstərən Fransa Azərbaycanlılarının Koordinasiya Şurası Ermənistan silahlı qüvvələrinin Ermənistan–Azərbaycan sərhədində törətdikləri təxribatla bağlı bəyanat yayıb.

Axar.az xəbər verir ki, Fransa Azərbaycanlılarının Koordinasiya Şurası bəyanatı bu ölkənin aidiyyəti dövlət qurumlarına göndərəcəyini bildirib.

Bəyanatda Ermənistanın ölkəmizə qarşı illərdir davam edən hərbi təcavüz siyasətinin regionda sülhə, sabitliyə və inkişafa qarşı ən böyük təhdid olduğu bir daha vurğulanıb, işğalın beynəlxalq təşkilatların diqqətinə çatdırılması üçün diaspora üzvləri sosial şәbәkәlәrdә fəal olmağa və #Karabakhestl'Azerbaïdjan! #Arrêtezl'agressionarménienne hәştәqlәri ilә paylaşımlar etmәyә səslənilib.

Fransa Azәrbaycanlılarının Koordinasiya Şurası dünyadakı bütün diaspora üzvlərimizi birləşməyə və erməni riyakarlığını bütün dünyaya tanıtmağa çağırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru