Tovuz istiqamətində vəziyyət yenidən gərginləşib - Ermənilərin atdığı mərmilər yaşayış evlərinə düşüb
17-07-2020, 00:08

Tovuz istiqamətində vəziyyət yenidən gərginləşdi. Bu gün səhər saatlarından başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqelərimizə yenidən hücum cəhdi olub. Ermənilərin Tovuzun Dondar Quşçu kəndinə atdığı mərmilər yaşayış evlərinə və həyətyanı sahələrə düşüb.Mülki əhali arasında xəsarət alan yoxdur.
Müdafiə Nazirliyindən verilən məlumata görə, rayonun Ağdam, Dondar Quşçu və Vahidli kəndləri iriçaplı silahlar və mina atanlardan atəşə tutulub. Ermənilərin Tovuzun Dondar Quşçu kəndinə atdığı mərmilər yaşayış evlərinə və həyətyanı sahələrə düşüb. Ev və şəxsi təsərrüfatlara ciddi ziyan dəyib. Bununla belə, kənd sakinləri evlərini tərk etməyib, gündəlik həyatına davam edir.
Minarə Ələkbərova - sakin
Part eliyəndə oğlum dedi kİ, uzanın. Uzanıqlı vəziyyətdəydik. Baxanda gördük ki. bu sifətdədir həyətimiz. Ailəmiz darmadağın olub. 100 illik tikilən mülkimiz darmadağın oldu. Amma buan baxmyaraq qorxmuruq biz öz evimizdə ailəmizdə yaşayırıq.
Aslan Hüseynov - sakin
Mən dondarquşçu kəndəndə yaşıyıram. Bütün kənd camahatı hamsı eyrindədir. Atışma səhər saat 4 qalmış başlayıb. Onlar erməni vandamları dinc əhaliyə hara gəldi atırlar topu pülemyotlar və tüfəng hər şeydən..
Arzu Nağıyev - millət vəkili
Mərmi bax bura düşüb necə bir dağıntı verib. Son vaxtlar bunlar birmənalı şəkildə həm dondarquşçu kəndini həm də ağdam kəndini hədəfdə saxlayırlar ki. nəyn baxasına olursa olsun bu camahtı burdan köçürsünlər. və böyük bir panika yaratsınlar. əsas təxribatın məramı nəticəsi bundan ibarətdir. Bütün dünyayya car çəkmək lazımdır ki. bax bu dinc əhalinin günahı nədir.. siz təssəvvür eliyin burda yaşayan şəxslər həmin o şəxslərdir ki. bunların hansı bir günahı var ki, bu məslələri bu şəkildə qabardırlar. Ermənilərin təxribatı bax bundan ibarətdir.
Qənirə Paşeyava - millət vəkili
Baxın bu adamlara. O minsk qrupunun həmsdərləri oturur öz evində kompyüter arxasınada bəyanat bildirir. Amma bunlar soruşun harda yatıblar. Bax buda onların evləri... (göstərir dağıntı) indi düşünün ağdamdakı kimi burda 1 adam olsaydı burdan sağ çıxa bilərdi. Sağ çıxanmazdı. Oğlu 4 gündür ermənəlilərlə ölüm qalımda vətəni qorumaq mübarizəsindədir. Heç övladından xəbəri yox, özünün evi dağılır, quru döşəyin üzərində yatır. Nə vaxt atətin minsk qrupu bu işğalçıya həmsdərlər artıq bir təzyiq edəcək. ona görə biz bu təşkilata inanmırıq.
Hazırda bu istiqamətdə döyüş gedir. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
atv.az