Türkiyə-Gürcüstan-Azərbaycan birliyi də nağıldan başqa bir şey deyil.

20-07-2020, 11:35           
Türkiyə-Gürcüstan-Azərbaycan birliyi də nağıldan başqa bir şey deyil.
Dünən bu barədə ötəri yazmışdım: Gürcüstanın öz ərazisi üzərindən Serbiya və Rusiyadan gələn silahları Ermənistana ötürməsi ortaya xeyli suallar çıxarıb. Gürcüstanın bu qədər ipiqırıq olması heyrət doğurur...

Gürcüstanın bu hərəkəti ilə göstərdi ki, o, ABŞ-ın, Avropa Birliyinin yox, məhz Rusiyanın yanındadır. Türkiyə-Gürcüstan-Azərbaycan birliyi də nağıldan başqa bir şey deyil.
Teref.az yazır ki, jurnalist Elbəyi Həsənli fikirlərini bu cümlələrlə başlayır. Elbəyi Həsənli fikirlərini davam etdirərək yazır, Gürcüstan öz milli maraqlarına arxa çevirərək Rusiya və Ermənistanla ittifaqa girib. Və Qafqazda tamam fərqli bir mənzərə yaranıb. Bəllidir ki, Gürcüstan üzərindən Türkiyəyə ötürülən neft və qaz bu ölkəyə ciddi paralar qazandırır. Buna rəğmən Gürcüstan belə bir xəyanətə əl atıb.

Həm də erməni separatizmini müdafiə etmək Gürcüstanın 20 faizinin Rusiya tərəfindən işğalına bəraət qazandırmaq anlamına gəlir.
Şübhəsiz ki, bu olay Gürcüstanda da birmənalı qarşılanmayacaq və qonşu ölkənin siyasi elitası arasında ciddi qarşıdurmaya səbəb olacaq.

ABŞ və Avropa Birliyi hansı addımları atacaq? Bu da son dərəcə önəmli məsələdir...

Demokratiyadan dəm vuran Gürcüstan necə Rusiya kimi diktaturanın qarantına dəstək verir? Bu da sıradan bir söhbət deyil..

Onu da unutmaq olmaz ki, Türkiyənin Gürcüstana təzyiq vasitələri həddindən artıq çoxdur və rəsmi Ankara Gürcüstanın bu gedişini cavabsız qoya bilməz. Hər halda Azərbaycan da bu hərəkətinə görə Gürcüstanın başına sığal çəkmək fikrində deyil.

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili heç vaxt belə yaramazlığa imkan verməzdi. Təbii ki, bu olaya etiraz edənlər arasında o da öndə olacaq...

Gürcüstan öz oturduğu budağı öz əli ilə niyə baltalayıb? Düşünürəm ki, bu sualın da dəqiq cavabı bizə bəlli olmalıdır...
Elbəyi Həsənli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.