Prezidentin köməkçisi “Metsamor”la bağlı açıqlamadan danışdı

21-07-2020, 12:26           
Prezidentin köməkçisi “Metsamor”la bağlı açıqlamadan danışdı
“Azərbaycan Silahlı Qüvvələri tərəfindən mülki və strateji obyektlərin hədəfə alınması ilə bağlı siyasəti yoxdur. Ermənistan bu kimi məsələlərdən dezinformasiya kimi istifadə edir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev qeyd edib ki, ermənilər arsenalında olan “İsgəndər” raketi vasitəsilə müxtəlif vaxtlarda Mingəçevir su anbarını vurmaqla bağlı hədələyiblər: “Onlar bununla bağlı təhdid xarakterli açıqlamalarla çıxış edirlər. O cümlədən strateji obyektlər olan neft-qaz boru kəmərlərimizi hədəfə alacaqları ilə bağlı açıqlamalar veriblər. Azərbaycanın hər hansı strateji əhəmiyyət daşıyan nöqtələri hədəfə alması məqsədi yoxdur. Onlar bu kimi dezinformasiyalarla məsələdən beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq istəyirlər. Ermənistanın siyasi hərbi rəhbərliyi müxtəlif vaxtlarda Azərbaycanın strateji obyektlərini vurmasıyla bağlı çoxsaylı açıqlamalar, bəyanatlar verilib. Keçmiş Prezident Serj Sarkisyan Bakı şəhərini və neft qaz kəmərlərini vuracaqlarını bildirmişdi. Azərbaycanın şəhərlərini Ağdam kimi xarabalığa çevirməklə bağlı ifadələr də işlətmişdi. Azərbaycan tərəfindən “Metsamor”la bağlı verilən açıqlama rəsmi mövqeni ifadə etmir. Bu, fərdi istiqamətdə olan fikirdir. Ermənistan “Metsamor” məsələsini qəsdən siyasi şouya çevirib”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru