Ermənistanın baş naziri faktiki bizə “kapitulyasiya” təklif edir
23-07-2020, 19:45
Ermənistanın baş naziri Nikol Paşinyan bu gün hökumətin iclasında hakimiyyətə gəldiyi gündən bu yana dəfələrlə söylədiyi tezisləri təkrarladı: “1. Azərbaycan Dağlıq Qarabağla birbaşa danışıqlar aparmalıdır; 2. Dağlıq Qarabağın təhlükəsizliyi məhdudulaşdırıla bilməz; 3. Dağlıq Qarabağın özmüqəddəratını təyin etmə hüququ olmalıdır; 4. Azərbaycan Ermənistana və Dağlıq Qarabağa güc tətbiqi fikrindən rəsmən imtina etməlidir”. Teref.az yazır ki, bunu Elxan Şahinoğlu deyir. Daha sonra Elxan Şahinoğlu yazır: Ermənistanın baş naziri faktiki bizə “kapitulyasiya” təklif edir. Nikol Paşinyanın bu bəyanatından sonra işğalçı ölkə ilə danışıqların davam etdirilməsinin heç bir mənası yoxdur. Çünki, sərhəddəki 4 günlük döyüşlərdən sonra masada dəyişən bir şey yoxdur. Paşinyan bir müddət sonra Şuşada yenidən yallı oynamağa gedəcək. Görünür, sərhəddəki döyüşlərdən sonra erməni hərbçilərin rusiyalı həmkarlarıyla birgə Azərbaycanın pilotsuz uçuş aparatlarına qarşı İrəvanda keçirdikləri birgə təlimlər Paşinyanı bir az daha cəsarətləndirib. Teref.az