Tramp: “Bayden illərlə karantin elan edəcək”

2-11-2020, 07:37           
Tramp:
ABŞ Prezidenti Donald Tramp hesab edir ki, seçkilərdəki rəqibi Co Bayden qələbə qazanacağı halda ölkədə illərlə karantin rejimi elan oluna bilər.

Publika.az xəbər verir ki, bu barədə ABŞ lideri “Twitter” hesabında yazıb.

“Bayden ölkəmizi bir neçə illik bloklamaq istəyir. Dəli! Heç bir bloklama olmayacaq”, - deyə D.Tramp bildirib.

Xatırladaq ki, ABŞ-da koronavirusa 9.2 milyondan çox yoluxma qeydə alınıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.