"Paşinyan başını itirib, Arutyunyan isə... " - Erməni vitse-spikerdən SƏRT TƏNQİD

3-11-2020, 10:19           
"Paşinyan başını itirib, Arutyunyan isə... " -
Ermənistan parlamentinin keçmiş vitse-spikeri Eduard Şarmazanov Ermənistanın Baş Naziri Paşinyanı və qondarma rejimin “prezidenti” Araik Arutyunyanı sərt tənqid edib.

KONKRET.az bu barədə erməni mətbuatına istinadən xəbər verir.

Şarmazanov bildirib ki, konkret hədəflər olmalıdır. Paşinyan hakimiyyəti isə səhər bir, günorta başqa bir, axşam isə tam ayrı bir söz deyir:

“Əvvəllər sülhməramlılar məsələsinin gündəmlərində olmadığını deyirdilər, sonra sülhməramlı məsələsi ilə bağlı müsbət fikirlər səsləndirdilər. Əvvəl Dağlıq Qarabağla hərbi alyansdan bəhs etdilər, sonra Ermənistanın Qarabağı tanımasından, daha sonra xilas adına bölünmədən, daha sonra isə birləşmə adına ayrılmadan danışdılar. Paşinyan bir qədər sonra cəmiyyətin ağrılı kompromisə hazır olduğunu elan etdi, sonra isə bunu beynəlxalq aləm üçün dediyini və sona qədər gedəcəyini söylədi. Əvvəl deyirdilər ki, bir qarış torpaq verməyəcəyik, bugünlərdə isə Araik Arutyunyan erməniləri Şuşanın müdafiəsinə çağırdı”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru