"Bild"in redaktorundan ermənilərə müraciət: - "Özünüzün yazıq qurban olduğunuzu söyləməyin"

3-11-2020, 17:41           
"Bild"in redaktorundan ermənilərə müraciət: -
“Ciddi deyirəm, əziz ermənilər, mənə “etnik təmizləmələr” və “öz vətəninizi necə müdafiə etdiyiniz” barədə danışmağı dayandırın. Siz Azərbaycan ərazisində savaşırsınız və yüz minlərlə insanı oradan köçkün salmısınız. Ağdam sizin törətdiyinizin ən gözəl nümunəsidir”.

“Report” xəbər verir ki, bunu Almaniyanın araşdırmaçı jurnalisti, “Bild” nəşrinin Siyasət şöbəsinin məsul redaktoru Yulian Röpke Ağdamın işğalöncəsi və yeni görüntülərini paylaşaraq tvitterdə yazıb.

“Əlbəttə, bu, Qarabağdan heç bir erməni dinc sakinin qovulması üçün əsas deyil. Lakin mənə (və bütün dünyaya) özünüzün yazıq qurban olduğunuzu və “Azərbaycan terrorçularının” (müəllif ermənilərin təbirincə kinayə ilə vurğulayır – "Report".) sizə niyə hücum etməsini anlamadığınızı söyləməyin. Siz onların torpağında döyüşürsünüz. Bunun əksi deyil”, - o qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru