Əfqanıstan nəyə görə Azərbaycanı dəstəkləməlidir?

3-11-2020, 17:44           
Əfqanıstan nəyə görə Azərbaycanı dəstəkləməlidir?
Əfqanıstan Azərbaycan və Ermənistan arasında gedən Dağlıq Qarabağ münaqişəsində Azərbaycana dəstəyini elan edib.

Əfqanıstan Xarici İşlər Nazirliyinin münaqişə tərəfləri arasında hərbi əməliyyatların başlamasından bir gün sonra bu elanı verməsi Əfqanıstan və Azərbaycan arasındakı tarixi əlaqələri yenidən canlandırıb.

"MediaPost" xəbər verir ki, Əfqanıstan Amerika Universitetinin Siyasi Elmlər Klubunun prezidenti Əhmədullah Azadani də Dağlıq Qarabağ münaqişəsində Əfqanıstanın Azərbaycanı dəstəkləməsinin səbəbləri haqqında analitik məqalə yazıb.

Məqalədə Əfqanıstanın Azərbaycanı Orta Asiya və Avropa bazarlarına giriş üçün bir bələdçi olaraq gördüyü qeyd olunub.

Azadani söyləyib ki, Azərbaycan Orta Asiyadakı digər ölkələrlə əlaqə üçün Əfqanıstan magistral yollarından istifadə etsə də, Əfqanıstan Türkiyə və Avropa bazarlarına daxil olmaq üçün Azərbaycanın tranzit möqveyindən yararlanır.

Bildirilib ki, Əfqanıstan və Azərbaycan arasındakı ticarət nisbəti 2018-ci ildə 37%, 2019-cu ilin ilk yarısında isə 46% artıb.

Məqalədə qeyd olunub ki, iki ölkə arasındakı münasibətləri möhkəmləndirən həlledici və uzunmüddətli digər bir təşəbbüs Əfqanıstanda başlayan və Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən keçərək Avropa ticarət yolları ilə birləşən ticarət koridoru olan Lapis-lazuli dəhlizidir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.