“Ermənistan müdafiə nazirliyi yenidən öz ampluasında – yenə də yalan uydurur”

3-11-2020, 18:19           
“Ermənistan müdafiə nazirliyi yenidən öz ampluasında – yenə də yalan uydurur”
Ermənistan Müdafiə Nazirliyi ictimaiyyəti yanlış məlumatlandırmaqda davam edir.

Yenicag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunub.

“Ermənistan tərəfinin erməni mövqeləri istiqamətində artilleriya zərbələri endirməsi nəticəsində guya bir neçə mərminin İran ərazisinə düşməsi barədə xəbər “boş patronla havaya güllə atmaq” kimidir.

Birincisi, döyüş əməliyyatları çoxdan sərhəddən şimal istiqamətində və İran ərazilərindən xeyli uzaqlıqda aparılır.

İkincisi, nəzərə alsaq ki, Azərbaycan Ordusu döyüş əməliyyatlarını şimal istiqamətində keçirir, yəni İranla həmsərhəd ərazilərdən işğal altındakı ərazilərin dərinliyinə doğru, hətta nəzəri cəhətdən belə bölmələrimizin atdığı mərmilər İran ərazisinə heç cürə düşə bilməz.
Göründüyü kimi, Ermənistan müdafiə nazirliyinin nümayəndəsi məlumat mətnini yenidən səhv salıb”,- məlumatda bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru