“Qarabağdakı münaqişədə Yaxın Şərqdən təxminən 2000 muzdlu iştirak edir”
KONKRET.az xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov “Kommersant” qəzetinə verdiyi müsahibəsində bildirib.
“Əlbətdə ki, Dağlıq Qarabağ münaqişəsinin beynəlmiləlləşməsi və Yaxın Şərqdən yaraqlıların cəlb edilməsi bizi narahat edir. Biz dəfələrlə xarici oyunçuları, münaqişə bölgəsindəki sayı artıq iki minə yaxınlaşan muzdluların köçürülməsinin qarşısını almaq üçün öz imkanlarını səfərbər etməyə çağırırıq”, –deyə nazir bildirib.
Haşiyə: Sergey Viktoroviç, oxu atıb, yayı niyə gizlədirsiniz? Niyə demirsiniz ki, Ermənistan tərəfdən. Axı bütün dünya bilir ki, 2000-ə yaxın muzdlu PKK-çı,YPG-çı və daha hansı “çı”lar Qarabağda azərbaycanlılara qarşı vuruşur. Özü də erməni diasporunun pulu ilə .Nə olar, heç olmasa, yaşınızın ahıl vaxtında ədalətli və obyektiv olun .Necə deyərlər “Давай, не будимь, Cергей Викторович“.