ABŞ-da prezident seçkiləri başlayır- Qubad İbadoğlu yazır...
3-11-2020, 22:56

ABŞ-da prezident seçkiləri başlayır. Nəticələr barədə ilkin məlumat Bakı vaxtı ilə ertəsi gün səhərə yaxın olacaq. Sizi gün ərzində baş verənlərlə bağlı məlumatlı saxlayacam.
Teref.az xəbər verir ki, bunu ADR sədri politoloq Qubad İbadsoğlu yazır. Daha sonra Qubad bəy qeydlərini davam etdirərək yazır:
Kimin qalib gəlməsini dəqiq demək çətindir. 2016-ci ildə əksər mötəbər təşkilatlar və ekspertlər Hillari Klintonun udacağını proqnozlaşdırmışdı. İndi də Bidenin qələbə qazanacağını düşünürlər. Oktyabrın 26-dan indiyə qədər keçirilən bütün milli sorğulara görə, Biden Trampı 10 faiz qabaqlayıb. Biden seçilərsə səhm bazarlarında təlatüm yaranacaq, çünki onun təklif etdiyi vergi islahatı biznesin maraqlarına ziddir.
ABŞ-da ştatlar arasında ənənəvi olaraq demokratların və respublikaçıların üstünlüyü məlumdur. Hazırda əsas döyüş Pennsylvania, Şimali Karolinada, Arizonada və Floridada ştatlarında gedəcək. Çünki bu günədək həmin ştatlarda kimin qalib olması məlum deyildi. Pensilvaniyada 5, Şimali Karolinada 5, Arizonada 4, Floridada 3 baldır.
P.S. ABŞ-da yeni seçilən prezident növbəti ilin yanvarın 20-dən fəaliyyətə başlayır. Odur ki, hətta Biden seçilsə də onun yaxın zamanlarda siyasətə təsirləri az olacaq. Bugün yalnız prezident və vitse prezindent deyil, həmçinin konqressə də seçkilər keçirilir. Odur ki, hər iki seçkinin nəticəsi əhəmiyyətlidir.
Teref.az