Ermənilərin “sarı çaqqal”na Qarabağdan çıxmasına icazə verilmir - Jurnalist qorxuya düşüb
4-11-2020, 16:55

Erməni quldurlarına satılan rus blogger, “WarGonzo” layihəsinin rəhbəri Semyon Peqov-Qabrelyanov işğal altındakı Qarabağdan buraxılmır.
KONKRET.az xəbər verir ki, müharibənin başlanğıcında Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusuna müqavimət göstərərkən, Peqov mövqelər arasında ora-bura tullanıb və iddia edib ki, cəsur erməni əsgərləri Kürə çatmaq üzrədir.
Vəziyyət isə dəyişib: ermənilər Azərbaycanın əks-hücumundan qaçanda Peqov bunun heç də belə olmadığını göstərməyə çalışıb. Sadəcə Hadrutla bağlı yaydığı videonu xatırlayın.
İndi nə olub? Ermənistanın məğlubiyyəti elə mübahisəsiz bir həqiqətə çevrilib ki, Peqovun da deyəcəyi bir şey yoxdur. Və Semyon nağıllar uydurmağa əl atıb. İndi onun əsas mövzusu Qarabağda baş verənlərdən daha çox Türkiyəyə həsr olunub. Müəllifin fantaziyası kifayət qədər coşğundur: ya türk generalları tam tərkibdə Bakıdadır, ya da əksinə, azərbaycanlılar Türkiyədədir, ya da başqa bir şey. Və getdikcə hər şey pis olacaq!
Bəzi məlumatlı Telegram kanallarına görə, Peqov əslində bütün bunları izləyicilərini tədricən Türkiyə mövzusuna yönəltmək üçün edir. Yəqin o, ümid edir ki, sahibləri onu, nəhayət Xankəndidən İstanbula köçürəcəklər.
Peqov-Qabrelyanov Türkiyəyə getmək istəyir, həqiqətən istəyir! Pul da ödəyəcək, çünki orda heç bir təhlükə yoxdur. Yeganə tapmaca isə budur: Peqovun Qarabağdan buraxılmamasıdır! WarGonzo nə qədər çalışsa da, ona Qarabağda qalmaq tapşırılıb.
Göründüyü kimi, Aram Aşotiç blogger Peqovdan qurtulmaq istəyir.