“TRT HABER”DƏN İLGİNC İNTERAKTİV XƏRİTƏ: AĞDƏRƏ VƏ XOCAVƏND İŞĞALDAN AZAD EDİLİB? - FOTO

4-11-2020, 23:41           
“TRT HABER”DƏN İLGİNC İNTERAKTİV XƏRİTƏ:
Azərbaycan Ordusu Qarabağda hərbi əməliyyatlara başladığı ilk gündən cəbhə xəttində aktiv şəkildə fəaliyyət göstərən Türkiyənin “TRT Haber” telekanalı bu gün olduqca ilginc interaktiv xəritə paylaşıb. JAMAZ.İNFO xəbər verir ki, telekanalın rəsmi saytında yayımlanan həmin xəritədə xeyli dəyişiklik diqqəti çəkir.
Belə ki, həmin interaktiv xəritədə Ağdərə və Xocavənd şəhərlərinin mərkəzlərinin Azərbaycan Ordusu tərəfindən içşğaldan azad olunmuş kimi görsənir. Eyni zamanda, xəritədə Şuşa şəhərinin yaxınlığında döyüşlərin getdiyi qeyd olunub.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi indiyə qədər Ağdərə və Xocavənd istiqamətində şiddətli döyüşlərin getdiyini xəbər versə də, həmin şəhərlərin düşmən tapdağından azad edildiyi barədə heç bir rəsmi məlumat yaymayıb. “TRT Haber”in belə bir məlumata sahib olması və nə qədər dəqiq olduğu isə hələlik bəlli deyil.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.