“Bayraktar”ın yeni dronu erməniləri qorxuya salıb - VİDEO

6-11-2020, 02:11           
“Bayraktar”ın yeni dronu erməniləri qorxuya salıb - VİDEO
Türkiyə dronlarının gerçək gücü Qarabağ müharibəsində bilindi.

“Bayraktar”ın Ermənistan ordusunun darmadağın edilməsində birbaşa rolu oldu.

Teref.az xəbər verir ki, “Bayraktar”ın böyük həcmli yeni dronu erməniləri qorxuya salıb. Ermənistan mediası Türkiyənin noyabrın 4-də ilk sınağı keçirilən pilotsuz uçuş aparatından bir neçə material hazırlayıb. Yazılarda “Akıncı”nın imkanlarının geniş olmasından söz açılıb.

Yeni dron, həqiqətən də, tərifəlayiqdir. “Akıncı” məsafədən idarə olunmaqla eniş edir, yenidən havaya qalxır və geri qayıdır. Dünyada ən mükəmməl dronlardan hesab olunur.

Yazılarda dronların yaradıcısı Selçuk Bayraktardan da bəhs edilib. Onun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkəni olması xüsusi vurğulanıb.bizimyol.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru