İsrail Baydenin İranla əldə edilmiş nüvə sazişinə qayıtması ehtimalına münasibət bildirib

6-11-2020, 10:48           
İsrail Baydenin İranla əldə edilmiş nüvə sazişinə qayıtması ehtimalına münasibət bildirib
“Cozef Baydenin rəsmi Tehranla nüvə sazişinə yenidən qayıtması İsraillə İran arasında şiddətli qarşıdurmaya səbəb ola bilər.”

Teref.az SalamNews-a istinadla xəbər verir ki, bunu İsrailin Şəhərsalma işləri üzə naziri Çaxi Haneqbi yerli “13-cü telekanal”a müsahibəsində deyib.

O bildirib ki, Cozef Baydenin ABŞ prezidenti seçilməsi və onun nüvə sazişinə qayıtması, İranla İsrail arasında şiddətli qarşıdurmanın baş verməsinə girib çıxara bilər.

Cozef Baydenin bundan öncə nüvə sazişinə qayıtmaqla bağlı vəd verdiyini deyən nazir əlavə edib:

“Mən, baş nazir Benyamin Netanyahu, İsraillilərin çoxu bu nüvə sazişini səhv hesab edirik. Əgər Bayden belə bir siyasət tutsa, İranla İsrail arasında sonda şiddətli qarşıdurma olacaq.”

İsrailin Şəhərsalma işləri üzə naziri həmçinin bildirib ki, Cozef Bayden (işğal edilən) İordan çayının qərbində yeni yaşayış massivlərinin salmasına problem yaratmayacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru