“Biz Rusiyanın təkliflərindən imtina etdik, indi qoy bizi xilas etsinlər” - Ter-Petrosyanın keçmiş müşaviri

6-11-2020, 18:00           
“Biz Rusiyanın təkliflərindən imtina etdik, indi qoy bizi xilas etsinlər” - Ter-Petrosyanın keçmiş müşaviri
“Biz Rusiyanın təkliflərindən imtina etdik, indi qoy bizi xilas etsinlər”
“Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar strategiyası şərti olaraq iki dövrə bölünə bilər. Birinci dövr 1991-1998, ikinci dövr 1998-2020-ci illəri əhatə edir. Bu iki dövr arasında ciddi fərq var”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın müşaviri, Ermənistanın keçmiş xarici işlər nazirinin müavini Jirayr Liparityan Kaliforniya Universitetində Erməni Araşdırmalar Mərkəzinin təşkil etdiyi konfransda çıxışı zamanı söyləyib.

Onun çıxışının tam mətni “Armenian Mirror Spectator” nəşrində dərc edilib.

“Birinci dövrdə Ter-Petrosyanın rəhbərliyi altında münaqişənin həlli siyasəti aktiv axtarışla əlaqələndirildi. İkinci – Köçəryan, Sərkisyan və Paşinyan dövründə vəzifə status-kvonu qorumaq idi” deyib Jirayr Liparityan.

Diplomatın sözlərinə görə, Ermənistan uzun müddət ATƏT-in Minsk Qrupunun və xüsusən də Rusiyanın münaqişənin həlli ilə bağlı təkliflərinə məhəl qoymayıb.

“İndi xilas olmaq üçün onlara müraciət edirik. Və şərtimizlə”. O, əlavə edib.

Liparityan hesab edir ki, həll danışıqlarının uğursuzluğuna səbəb olan bir çox amil var. Bunların arasında əsas erməni diasporudur.

“Diasporun mövqeyinin, yumşaq desək, Ermənistandakı vəziyyətin real qiymətləndirilməsindən çox, maksimalist olduğunu desəm, yanılmaram” deyib.

“Azərbaycan əmin idi ki, neft gəlirləri sayəsində beynəlxalq dəstəyi təmin edəcək və hərbi əməliyyatlara başlayacaq. Erməni tərəf öz diasporunu Azərbaycan pulunun ekvivalenti hesab edirdi”. Liparityan vurğulayıb.

Ter-Petrosyanın keçmiş müşaviri münaqişənin nizamlama planlarını təklif edən və bölgədəki təsirlərini maksimum dərəcədə artırmağa çalışan ABŞ və Rusiyanın rolunu qeyd edib.

“Nəticə təsirsiz vasitəçilik oldu”. Jirayr Liparityan yekunlaşdırıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.