Bilin ki, ölkənizdən lap uzaqlarda sizi sevən, kədərinizə üzülən, ürəyi yanınızda olan Antonia adlı dostunuz var"

7-11-2020, 21:45           
Bilin ki, ölkənizdən lap uzaqlarda sizi sevən, kədərinizə üzülən, ürəyi yanınızda olan Antonia adlı dostunuz var"
"Evində sakit yatdığın yerdə silahlı əsgərlər qapını qırıb, həyatını darmadağın edir, sevdiklərini min bir əzabla qətlə yetirir. Uşaqlar, qadınlar, qocalar öldürülür. İnsanlar torpağından qovulur. Dünya bu haqsızlığı kökündən həll etmək üçün qanunlar qəbul etsə də, öz əli ilə imzaladığı sənədləri görməzdən gəlir".

Bu sözləri Publika.az-a açıqlamasında nigeriyalı politoloq Antonia Laytlton deyib.

O bildirib ki, Qarabağ münaqişəsi haqqda kifayət qədər məlumatı var:

"Əsasını qoyduğum mətbu orqanlarında da məsələni yaxından təqib edirik. Hətta bu haqda bir sıra məqalənin paylaşılmasında da xidmətim olub. 2020-ci il bütün dünya üçün ağır dövr oldu. Qısa müddət ərzində milyonlarla insan öz doğmalarını, ailə üzvlərini gözəgörünməz düşmənə qurban verdi. İndi təsəvvür edirəm ki, Azərbaycan xalqı 30 ilə yaxındır, işğalçı düşmənlə mübarizədən necə yorulub. Evində sakit yatdığın yerdə silahlı əsgərlər qapını qırıb, həyatını darmadağın edir, sevdiklərini min bir əzabla qətlə yetirir. Uşaqlar, qadınlar, qocalar öldürülür. İnsanlar torpağından qovulur. Dünya bu haqsızlığı kökündən həll etmək üçün qanunlar qəbul etsə də, öz əli ilə imzaladığı sənədləri görməzdən gəlir".

"Azərbaycanda heç vaxt olmamışam. Amma Nigeriyadakı Azərbaycanın Dostları Assosiasiyası ilə çox yaxın münasibətim var. Azərbaycanlılar olduqca fəal, qonaqpərvərdirlər. Təbiətinizi, meşələrinizi, dağlarınızı fotoşəkillərdə görüb sevmişəm. Yeməklərinizi dadmışam. Olduqca zövqlü və dəblə ayaqlaşa insanlarınız var. Mən bu cür humanist xalqın digər dövlətlərin ərazisinə göz tikəcəyinə, haqsızlıq edəcəyinə qətiyyən inanmıram. Bəli bu gün dünyada münaqişəli ərazilər var. Amma Qarabağın Azərbaycan ərazisi olduğu tam tarixi, həm coğrafi, həm də hüquqi yollarla sübuta yetirilib. Niyə insanlar 30 ildir göz yaşı tökməlidir? Azərbaycan öz torpaqlarını azad etmək uğrunda mübarizə aparır. Hələ də uşaqlar bombalara qurban gedir", - xanım Laytlton vurğulayıb.

Politoloq həmçinin Azərbaycana çağırış edib:

"Bilin ki, ölkənizdən lap uzaqlarda sizi sevən, kədərinizə üzülən, ürəyi yanınızda olan Antonia adlı dostunuz var. Ölkəmizlə, xalqımızla sizə dəstəyik. Uğur sizinlə olsun!"












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.