Ermənistana birtərəfli yardım göndərməyə hazırlaşan Norveçdən geriyə addım

8-11-2020, 00:01           
Ermənistana birtərəfli yardım göndərməyə hazırlaşan Norveçdən geriyə addım
Türkiyənin Oslodakı səfiri Fazlı Çorman, 2 noyabrda Ermənistana 1,5 milyon avro yardım göstərəcəyini elan edən Norveç hökumətinin tənqidlərdən sonra mövqeyini dəyişdirdiyini söyləyib. Norveç hökuməti dünən etdiyi açıqlamada hər iki tərəfin qarşıdurmalardan təsirlənən mülki vətəndaşlarına təxminən 1,5 milyon avro humanitar yardım veriləcəyini açıqlayıb.



“Xəbər365” bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.



Fazlı Çorman: "Norveç tərəfindən edilən ikinci açıqlamada yardımın yalnız bir tərəfə deyil qarşıdurmanın hər iki tərəfinə veriləcəyi bildilib. Əlbətdə bu müsbət bir dəyişiklikdir. Bu yardım həqiqətən hər iki tərəfə edilərsə, əvvəlki tənqidlərimi məmnuniyyətlə geri götürəcəyəm”, - deyə bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.