ReAl: "Ordunun Parlamentin razılığı olmadan gəlməsi işğal anlamına gəlir"
11-11-2020, 09:22
"Rusiya sülhməramlıları Azərbaycan ərazisinə ancaq parlamentin razılığı ilə gələ bilər"
Noyabrın 10-da gecə Qarabağ probleminin sülh yolu ilə həllinə dair imzalanmış üçtərəfli sazişlə (Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanan sənəd) bağlı Respublikaçı Alternativ Partiyası mövqe sənədi yayıb.
ReAl-ın mövqe sənədində bildirilir ki, bəyanatın mətni ərazilərin işğaldan azad olunması üçün Azərbaycanı ümumən daha üstün mövqeyə çıxarsa da, tam qələbə anlamına gəlmir: "Bəyanatda Dağlıq Qarabağın statusu haqda hər hansı bəndin olmaması Minsk qrupu çərçivəsində aparılan proses ilə müqayisədə müsbət haldır. Amma işğal altında qalan Xankəndi, Ağdərə, Xocavənd, Əsgəran, Xocalı, Laçın şəhərlərində və kəndlərdə mülki idarəetməni kimin həyata keçirəcəyi məlum deyil".
ReAL bəyan edib ki, Naxçıvanla nəqliyyat xətlərinin açılması bəyanatın müsbət tərəflərindən biridir, lakin bu xəttin etibarlılığı və funksionallığı suallar doğurur.
"Rusiya sülhməramlı qüvvələrinin torpağımıza buraxılması Bəyanatdan doğan bütün üstün mövqelərimizi, demək olar, zəiflədir..." - mövqe sənədində bildirilir.
Təşkilat qeyd edib ki, Azərbaycan qanunlarına əsasən, Rusiya sülhməramlıları Azərbaycan ərazisinə ancaq parlamentin razılığı ilə gələ bilər: "Belə qərar olmadan ordunun ərazimizə daxil olması işğal anlamına gəlir...".
ReAl əlavə edir ki, sözügedən bəyanat sülh müqaviləsinin konturlarını aydın göstərmir.
Mövqe sənədində Türkiyənin atəşkəs prosesinə nəzarətdəki rolunun qeyri-müəyyən olduğu bildirilir.
Həmçinin bu sənədin Parlamentdə müzakirəyə çıxarılmasının vacibliyi vurğulanır.arqument.az