“Sülhməramlıların əsas funksiyası…” – Peskovdan yeni açıqlama

11-11-2020, 17:18           
“Sülhməramlıların əsas funksiyası…” –
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya sülhməramlılarının Dağlıq Qarabağdakı funksiyaları, o cümlədən mədəni və dini yerlərin qorunması məsələsi barədə sualları cavablandırıb.

Teleqraf.com xəbər verir ki, sülhməramlıların funskiyalarının hələ dəqiqləşdirilmədiyini deyib.

“Sülhməramlı kontingentdən danışırıq. Əlbəttə, funksiyalar hələ dəqiqləşdirilməyib, çünki bu funksiyalar iki prezidentin və Ermənistan baş nazirinin birgə bəyanatında göstərilməyib”, - Peskov vurğulayıb.

O, Rusiya sülhməramlıların bölgədəki mədəni və dini yerləri mühafizə etməsindən bəhs olunmadığını söyləyib: “Burada onların məsuliyyət daşıyıb-daşımayacağını deyə bilmərəm”.

Azərbaycanın Dağlıq Qarabağla bağlı saziş imzalaması üçün hansı arqumentin həlledici olduğu sualına Kreml sözçüsü belə cavab verib:

“Bu, müharibəni dayandırmağın yollarını tapmaq, məsələni siyasi və diplomatik müstəviyə keçirmək üçün mürəkkəb bir prosesi əhatə edir. Bunun haqqında söylənə biləcək hər şey söylənildi, başqa bir şey deyilmədi”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru