Yerevandakı aksiya nəzarətdən çıxır - Etirazçılar Paşinyanı linç etmək istəyir

11-11-2020, 17:21           
Yerevandakı aksiya nəzarətdən çıxır - Etirazçılar Paşinyanı linç etmək istəyir
Ermənistanda 17 siyasi təşkilatın Yerevandakı Azadlıq meydanında keçirdiyi etiraz aksiyası nəzarətdən çıxır.

Yenisabah.az xəbər verir ki, Ermənistan Baş naziri Nikol Paşinyanın istefası tələbilə keçirilən aksiyanın iştirakçıları Nazirlər Kabinetinə doğru irəliləməyə başlayıblar.

“ARF Daşnaksütyun” partiyasının təmsilçisi İşxan Sağatelyan deyib ki, Ermənistanda artıq Nazirlər Kabineti yoxdur. “Biz həmçinin tələb edirik ki, təcili parlamentin iclası çağırılsın”, - deyə o qeyd edib.

Nazirlər Kabinetinin binası polislərlə əhatələnib.

Aksiya iştirakçılarının Nazirlər Kabinetinə doğru irəliləməsi təsadüfi deyil. Səhər saatlarında baş nazir Nikol Paşinyanın orada gizləndiyi barədə məlumat yayılıb. Bəzi iddialara görə, aksiya iştirakçıları baş naziri linç etmək üçün Nazirlər Kabinetinə doğru gedir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru