Rusiya XİN başçısı Dağlıq Qarabağın statusu məsələsinə aydınlıq gətirib

12-11-2020, 18:28           
Rusiya XİN başçısı Dağlıq Qarabağın statusu məsələsinə aydınlıq gətirib
“Dağlıq Qarabağın statusu bu regionun bütün kateqoriyadan olan sakinlərinin hüquqları dəqiqləşdirildikdən sonra müəyyənləşdiriləcək”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov yerli və xarici KİV nümayəndələrinə müsahibəsində deyib.

"Statusun SSRİ-nin dağılması dövründə müharibə başlayana qədər, uzun illər olduğu kimi Dağlıq Qarabağda etno-konfessional razılığı bərpa etmək üçün hansı addımları atmalı olduğumuzdan asılı olaraq müəyyənləşəcəyindən çıxış edirik. Status yalnız Dağlıq Qarabağda yaşayan və ora qayıtmaq hüququ olanlara və əlbəttə ki, hər zaman bu ərazidə olmağa davam edənlərə hansı hüquqların veriləcəyi bəlli olduqdan sonra müəyyən edilə bilər. Dağlıq Qarabağın statusunu müəyyənləşdirmək üçün heç bir süni tarix olmamalıdır”, - deyə Rusiya XİN başçısı vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru