Rusiya sülhməramlıları Xankəndinə daxil oldu

12-11-2020, 23:48           
Rusiya sülhməramlıları Xankəndinə daxil oldu
Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentinin əsas qüvvələri öz məsuliyyət bölgələrində yerləşdirilməyə davam edir, xüsusən 15-ci əlahiddə motoatıcı briqadanın sülhməramlı batalyonu marş icra edərək Xankəndi şəhərinə daxil olub, onun önxətt bölmələri isə Şuşa şəhərinin yaxınlığında müşahidə məntəqələrinin yerləşdirilməsinə başlayıblar.


Teref.az-ın məlumatına görə, bu sözləri Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.


“Rusiya sülhməramlı kontingentinin əsas qüvvələrinin yerləşdirilməsi davam edir. 15-ci əlahiddə motoatıcı briqadanın sülhməramlı batalyonu marş icra edərək 17:00-da Xankəndi şəhərinə daxil olub. Dağlıq Qarabağda və Laçın dəhlizində tərəflərin təmas xətti boyunca 10 müşahidə postu yerləşdirilib. Sülhməramlı briqadanın ön bölmələri Gorus-Sus-Göytala- Şuşanın cənub-qərb kənarı marşrutu boyunca marş icra edib və “Cənub” məsuliyyət bölgəsində dörd müşahidə məntəqəsinin yerləşdirilməsinə başlayıb”, - deyə Rusiya MN nümayəndəsi bildirib.Oxu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru