“Daily Telegraph”: "Avropanın əsas enerji dəhlizinin taleyi həll edilərkən Qərbin orda olmaması sual doğurur"
13-11-2020, 12:00
“Vladimir Putinin 6 həftə davam edən qanlı müharibəni bitirmək üçün vasitəçiliyidən sonra azərbaycanlılar küçələrdə rəqs edir, ermənilərsə baş nazirliklərini talan etdilər. Bakıdakı sevinclə İrəvandakı acı göz yaşları arasındakı ziddiyyət müharibəni kimin qazandığını açıq şəkildə göstərir, elə deyilmi?
KONKRET.az xəbər verir ki, bu sətirlər Böyük Britaniyanın populyar nəşri “Daily Telegraph”-ın səhifəsindən götürülüb. Məqalədə daha sonra deyilir: “Əlbətdə ki, enerji baxımından zəngin Azərbaycan Cənubi Qafqazın dağlıq bölgələrindəki döyüş meydanında qalib gəldi. Lakin bütün dünyanı bu nəticədən hansı böyük güclərin faydalandığı daha çox maraqlandırır. Ən başlıcası, əsas enerji dəhlizinin taleyi həll edilərkən Qərbin orda olmaması sual doğurur.
Kreml Rusiyanın rəsmi müttəfiqi olan Ermənistandan amansızlıqla imtina etdi. Azərbaycanın silahlı qüvvələri isə erməniləri Türkiyənin və İsrailin bahalı silahları və ən son hərbi texnologiyası ilə vurdu. Fəqət bunlar, ilk növbədə, Türk pilotsuz təyyarələri “Bayraktar”dan məharətlə istifadə edən Azərbaycan qoşunlarının qələbəsi idi. Parisdəki və Los-Ancelesdəki erməni diasporunun etirazlarına baxmayaraq, Qərb demokratiyasının liderləri cəmi iki il əvvəl Qafqazda demokratiyanın işığı kimi qəbul etdikləri Ermənistanın üstündə timsah göz yaşı tökdülər”.