Azərbaycan sübut etdi ki... - Sumbal

14-11-2020, 06:57           
Azərbaycan sübut etdi ki... - Sumbal
Azərbaycan xalqı əzm, məqsədyönlü fəaliyyət və liderliklə tarixi yenidən yazmağın mümkün olduğunu sübut etdi.

Axar.az xəbər verir ki, bu fikir “Azərbaycanın dostları” şəbəkəsinin rəhbəri Malik Əyyub Sumbalın Qarabağ müharibəsində qazanılan möhtəşəm qələbə münasibətilə Azərbaycan xalqına təbrikində əks olunub.

“Bu qələbə güclü və qətiyyətli lider olan Prezident İlham Əliyevin strategiyasına əsaslanır”, - deyən Sumbal əlavə edib ki, qələbə həm də Vətən üçün canlarından keçən şəhidlərin sayəsində mümkün olub.

Qeyd edək ki, pakistanlı geosiyasi təhlilçi, jurnalist Malik Əyyub Sumbalın təsisçisi olduğu “Azərbaycanın dostları” şəbəkəsi Azərbaycan həqiqətlərinin, o cümlədən Qarabağ münaqişəsi barədə reallıqların dünyaya çatdırılmasına çalışır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru