Paşinyan: “Biz istəyirik ki, Ermənistan qatarları Naxçıvan vasitəsilə İrana getsin”

14-11-2020, 09:07           
Paşinyan: “Biz istəyirik ki, Ermənistan qatarları Naxçıvan vasitəsilə İrana getsin”
Ermənistan Naxçıvan vasitəsilə İrana dəmir yolu imkanı əldə edə bilər, amma Türkiyə ilə sərhədlər açılmayacaq.

Virtualaz.org bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin İctimai Televiziyasına müsahibəsində deyib.

Onun sözlərinə görə, Ermənistan-Türkiyə sərhədi açılmayacaq, çünki Türkiyə Qarabağla bağlı üçtərəfli bəyanatın iştirakçısı deyil.

"Amma biz Ermənistandan Naxçıvan vasitəsi ilə İrana dəmir yolunun açılmasını istəyirik. Biz, həmçinin Rusiyaya ikinci yol istəyirik. Bu sənəd sayəsində belə bəndlər həyata keçirilə bilər. Bu, danışıqlar məsələsidir", - Paşinyan bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru