Rusiya mediası: "Azərbaycanın Qarabağdakı qələbəsinin məlum olmayan səbəbləri açıqlandı"

15-11-2020, 00:08           
Rusiya mediası:
Türkiyə Qarabağ müharibəsinin nəticələrini aktiv şəkildə müzakirə edir. Hökümətyönlü mediada imzalanan müqavilə Türkiyə tərəfindən dəstəklənən Azərbaycanın qeyd-şərtsiz qələbəsi kimi qiymətləndirilir. Türkiyənin “Hürriyet” nəşrinin aparıcı mütəxəssisi Sedat Ergin Bakının qələbəsi və Ermənistanın məğlubiyyətinin əsas hərbi səbəblərindaən danışıb.

Politoloqun fikrincə, Azərbaycan 1992-1993-cü illərdə Dağlıq Qarabağ uğrunda müharibədə məğlub oldu, çünki nizami ordusu yox idi. Nəticədə böyük bir ərazi itirildi və təxminən bir milyon insan evlərini tərk etmək məcburiyyətində qaldı.

2020-ci ilin payız müharibəsi zamanı Azərbaycan qoşunlarının hücumu yalnız sülh sazişi bağlanması ilə dayandırıldı. Ermənistan 44 gün ərzində demək olar ki, tutduğu bütün mövqeləri tərk etdi.

Sedat Ergin qələbənin əsas səbəbi kimi Azərbaycanın yaxşı təlim keçmiş və intizamlı peşəkar ordu olduğunu göstərir. Eyni zamanda mütəxəssis vurğulayır ki, bu qələbədə Türkiyənin siyasi və mənəvi dəstəyi də mühüm rol oynayıb: “Əsas addımlardan biri Azərbaycan Ordusunun silah arsenalında Türkiyədə istehsal olunan PUA-ların olması idi. Eləcə də Türkiyə qardaş ölkənin ordu quruculuğunda yaxından iştirak edib.

O vurğulayıb ki, Azərbaycanda ordu, dəniz və aviasiya məktəbləri yaradıldı. Türk Silahlı Qüvvələri müəllimlərin hazırlanması və tədris planlarının formalaşdırılması da daxil olmaqla bunların yaradılmasına kömək etdi.

“Əldə etdiyim məlumata görə, 1991-ci ildə təlim proqramının rəsmi başlamasından sonra və bu günə qədər 7500-dən çox Azərbaycan vətəndaşı Türkiyədə müxtəlif mərhələlərdə hərbi təlim keçib və bu gün də proses davam edir”, – deyə ekspert yazıb.

Onun sözlərinə görə, 600-dən çox azərbaycanlı əsgər Türkiyə hərbi məktəblərini bitirib. 200 zabit və general Türk hərbi akademiyalarından diplom alıb. Hazırda 350 azərbaycanlı kursant Türkiyə universitetlərində təhsil alır.

Türkiyədə təhsil alan bir çox Azərbaycan hərbçisi bu gün polkovnik və ya general rütbəsinə sahibdir, Dağlıq Qarabağdakı müharibə dövründə bəzi komandir ordu korpuslarına rəhbərlik edir.

Sedat Erginə görə, karbohidrogen ehtiyatlarından düzgün istifadə Azərbaycan Ordusunun yenidən silahlanmasında mühüm rol oynadı. Mütəxəssis Dağlıq Qarabağdakı müharibədən sonra qalib gələn digər tərəflərin də adını çəkib. Onun fikrincə, “Rusiya atəşkəsin və bölgədəki yeni nizamın dominant nəzarətçisi oldu”.

Onun sözlərinə görə, Dağlıq Qarabağdakı cəbhə xətti və Laçın dəhlizi boyunca yerləşdirilən iki min Rus sülhməramlısı bu ölkənin Cənubi Qafqazdakı çəkisini artırıb.

Ekspert belə hesab edir ki, Kremldə əhəmiyyətli təsir vasitələri olacaq: “Rusiya sülh müqaviləsində israr etməsəydi, Dağlıq Qarabağ ermənilər üçün tamamilə itirilmiş olardı”.

Türkiyə üçün ordusunun atəşkəsə nəzarət üçün yaradılacaq Sülhməramlı Qüvvələr Komandanlığı Mərkəzində də iştirak etməsi faydalıdır. Müqavilənin elan olunmuş mətnində belə bir açıqlama olmasa da, müəyyən sayda türk əsgərinin yaradılacaq qərargahda növbətçi olacağı, Rus əsgərlərinin atəşkəsə nəzarət etmək üçün sahəyə çıxacağı nəzərdə tutulur.

Türk analitik bildirir ki, 1992-ci ildən bəri Qarabağ münaqişəsinin həlli üçün Minsk Qrupunun bir hissəsi olan Fransa və ABŞ razılaşma çərçivəsindən kənarda qaldı.

Natiq Səlim,

KONKRET.az

Mənbə: “Moskovskiy komsomolet












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.