Amerika nəşri: - E rmənistan Azərbaycana qarşı "İskəndər"dən istifadə edib - VİDEO

16-11-2020, 11:41           
Amerika nəşri: - E
Ermənistanla Azərbaycan arasında atəşkəs sazişinin bağlanmasından bir neçə saat əvvəl birinci tərəf ikinciyə qarşı ilk dəfə "İskəndər" raketindən istifadə edib.

Eurasia Diary-nin verdiyi məlumata görə, bu barədə Amerikanın "The Drive" nəşrində deyilir.

Amerika nəşri yazır ki, raketin atılmasının dəqiq tarixi və saatı məlum deyil, lakin bütün dəlillər Ermənistan tərəfinin Sovet İttifaqının "Toçka" ballistik raketlərini deyil, İskəndər raketlərini istifadə etdiyini göstərir.

"Bunlar Ermənistanın 2016-cı ildə Rusiyadan aldığı ən yeni və ən güclü qısa mənzilli ballistik raketlərdir", The Drive yazır.

Nəşr qeyd edir ki, bu gün Ermənistan bu silah sisteminin "İskəndər-E" kimi tanınan ixrac versiyasını alan dünyada yeganə ölkədir.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.