Paşinyan yenə sayıqladı: - “Müharibəyə hazırıq”

16-11-2020, 18:03           
Paşinyan yenə sayıqladı: - “Müharibəyə hazırıq”
“Ermənistan Azərbaycanla müharibəyə hazır idi. Lakin sonradan Türkiyə ortaya çıxdı. Və bu, erməni tərəfinin uğursuzluğunun əsas səbəbi oldu. Bəs biz indi hadisələrin bu cür inkişafını dayandıra bilərikmi? Bəli, əgər Dağlıq Qarabağın statusu olmadan bölgələri təslim etməyi qəbul etsək”.

KONKRET.az xəbər verir ki, bu sözləri Nikol Paşinyan bu gün hökumət üzvləri ilə keçirdiyi onlayn konfransda deyib. Paşinyan qeyd edib ki, Ermənistan hakimiyyəti belə bir vəziyyətdə də ərazi mübahisəsindəki şərtləri yaxşılaşdırmaq üçün mübarizə aparmaq qərarına gəlib. O bildirib ki, Qarabağdakı atəşkəs razılaşmasını məsələni hərbi yolla həll etməyin mümkünsüzlüyü anında imzalayıb. “İmzalanma olmasaydı, ən azı 20 minədək erməni hərbçi düşmən tərəfindən mühasirəyə alınaraq məhv ediləcəkdi”, – deyə bir daha xatırladıb Paşinyan.

O, məğlubiyyətin səbəblərindən biri kimi 2016-cı ilin aprel ayından etibarən yaranan iqtisadi-siyasi böhranı əsas gətirib: “İstəyirəm ki, xalq bilsin. Bu illər ərzində danışıqlar prosesində ərazilərin təslim edilməsi açıq şəkildə ifadə olunurdu. Ona görə də Ermənistanın siyasəti yalnız bu təklifi təxirə salmağa yönəlmişdi ”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru