Azərbaycan və Ermənistana embarqo – İspaniyanın qərarı

17-11-2020, 17:55           
Azərbaycan və Ermənistana embarqo –
İspaniya parlamenti Dağlıq Qarabağ münaqişəsi davam edənə qədər Ermənistana və Azərbaycana silah və hərbi texnikanın satışını dayandıran qanun layihəsini təsdiqləyib.

Strateq.az “ABC”-yə istinadla xəbər verir ki, gərginlik davam edərsə, İspaniya silah satışını dayandıracaq.

“Bildu”koalisiyasının üzvü olan deputat Xuan İnarritu Bakıya və İrəvana silah satışının dayandırılmasına dair qanun layihəsinin ATƏT-in tələbindən irəli gəldiyini bildirib. Onun sözlərinə görə, ATƏT 1992-ci ildən bəri üzvlərinə Azərbaycanla Ermənistan arasındakı Dağlıq Qarabağ münaqişəsinə sülh yolu ilə həll yolu tapmaq üçün hər iki ölkəyə könüllü olaraq silah embarqosu tətbiq etmələrini tövsiyə edib.

“ABC”-nin məlumatına görə, 2019-cu ildə İspaniyada Azərbaycan Respublikasına müdafiə vasitələrinin satışı məbləği təxminən 19 milyon avroya çatıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru